Türkiyə MN: Azərbaycanlı qardaşlarımızın acısını bölüşürük

Türkiyənin Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Redaktor.az-ın məlumatına görə, paylaşımda deyilir:
"103 il öncə Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda erməni silahlı dəstələri tərəfindən soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızı rəhmətlə anır, azərbaycanlı qardaşlarımızın acısını bölüşürük". //Trend.az