Ceyhun Bayramov Rusiyaya səfərə gedib

 10:57 01.04.2021     531

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək məqsədilə Rusiyanın paytaxtı Moskva şəhərinə yola düşüb.

Bu barədə Redaktor.az-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində C.Bayramovun həmçinin ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.