Zəngəzurla bağlı VACİB XƏBƏR - İLHAM ƏLİYEV AÇIQLADI / VİDEO

 15:44 01.04.2021     4251

Ordumuzun zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi həm də Azərbaycanın Qərbə çıxışını asanlaşdırmış oldu. Artıq Zəngəzur dəhlizi reallığa çevrilməkdədir. Bu təkcə Azərbaycan üçün deyil, region üçün də böyük əhəmiyət kəsb edəcək.

Redaktor.az xəbər verir ki, Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Anadolu, Naxçıvan, Bakı və Orta Asiya xəttini birləşdirəcək bu dəhliz türk dövlətləri arasında əlaqələri möhkəmləndirəcək.

Təsadüfü deyil ki, Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib.

“Zəngəzurdan keçən nəqliyyat-kommunikasiya infrastruktur layihləri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda digər ölkələr üçün əlavə imkanlar yaracaq. Bu, Ermənistan üçün də keçərlidir, Rusiya ilə Azərbaycan üzərindən dəmir yolu əlaqəsi yarana bilər. Yeni nəqliyyat dəhlizi yaranmaqdadır”.

Zəngəzur dəhlizinin tezliklə istifadəyə verilməsi üçün artıq işlərə başlanılıb, bir tərəfdən avtomobil yolu, digər tərəfdən isə dəmir yolunun çəkilməsinə start verilib.

Aysel Hacıyeva / Redaktor.az