Əli Əsədov DB-nın regional direktoru ilə görüşüb

Baş nazir Əli Əsədov Dünya Bankının (DB) regional direktoru Sebastian Molineus ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Dünya Bankı arasında uzunmüddətli və məhsuldar əməkdaşlığın uğurla davam etdirilməsindən məmnunluq ifadə olunub, əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.