Ceyhun Bayramov Sergey Lavrovla görüşüb

 22:44 01.04.2021     343

MDB ölkələrinin xarici işlər nazirləri şurasının iclasında iştirak etmək məqsədilə Moskvada işçi səfərdə olan Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovun rusiyalı həmkarı Sergey Lavrov ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, hər iki tərəfdən nümayəndə heyətlərinin iştirak etdiyi görüşdə ikitərəfli əməkdaşlıq münasibətləri, mövcud regional vəziyyət, üçtərəfli bəyanatların həyata keçirilməsi məsələlərinə dair ətraflı müzakirələr aparılıb.

Azərbaycan və Rusiya arasında mövcud olan dialoqun səviyyəsindən məmnunluq ifadə edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.