Əli Əsədov Türkiyənin ticarət naziri ilə görüşüb

 18:30 02.04.2021     281

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 2-də Türkiyə Respublikasının Ticarət naziri Ruhsar Pekcan ilə görüşüb.

XİN-dən Redaktor.az-a verilən məlumata görə, görüşdə Azərbaycan-Türkiyə iqtisadi-ticari əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub, iki ölkə arasında bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edilib.