Türkiyə Azərbaycana yeni səfir təyin edib

 09:24 03.04.2021     106

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral geri çağırılıb.

Redaktor.az bildirir ki, bu barədə Türkiyə “Resmi Gazete”sində məlumat dərc edilib.

Bildirilib ki, üç dönəm Ədalət və İnkişaf Partiyasından millət vəkili olan Cahit Bağçı Türkiyənin ölkəmizdəki yeni səfiri təyin edilib.

Qərara əsasən, Azərbaycanla yanaşı, İtaliya, İraq, Hindistan, İspaniya və Polşa da da daxil olmaqla, ümumilikdə 10 ölkədə fəaliyyət göstərən Türkiyənin fövqəladə və səlahiyyətli səfirləri geri çağırılıb. 

Sənəddə həmin ölkələrdəki səfirlərin yerinə də təyinatların olduğu qeyd edilib. //Oxu.az