NATO Ukraynanı dəstəklədiyini təsdiqlədi - FOTO

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynadakı hərbi hərəkətlərindən narahat olduğunu bildirib.
Redaktor.az xəbər verir ki, Stoltenberq Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi bir daha təsdiqləyib.
O, şəxsi "Twitter" hesabında bunları yazıb:
“Ukrayna Prezidenti Zelenskiyə zəng vuraraq Rusiyanın Ukrayna və ətrafındakı hərbi əməliyyatlarından, həmçinin atəşkəsin uzunmüddətli pozulmasından ciddi narahatlığımı bildirim. NATO Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir. Yaxın tərəfdaşlığımıza sadiq qalırıq”.
Aysel Hacıyeva / Redaktor.az
