YENİ MÜHARİBƏ: Ukraynada kim qalib gələcək? - CƏBHƏDƏN İLK FOTOLAR

 13:10 07.04.2021     1586

Rusiya ilə Ukrayna arasında gərginlik daha da artıb.

Xarici media Donbassa doğru gedən Rusiya hərbi karvanının görüntülərini yayımlayıb. 

Ukrayna sərhədinə yüzlərlə tank və S-400 zenit-raket kompleksi göndərən Rusiya lideri Vladimir Putinə NATO həmləsi ilə cavab verilib. Belə ki, Ukrayna hökuməti NATO qırıcı təyyarələrinin Ukrayna hava məkanında fasiləsiz uçuşlar həyata keçirməsinə icazə verib. 

Hərbi ekspert Ramil Məmmədli Redaktor.az-a açıqlamasında mümkün müharibənin Ukrayna üçün asan olmayacağını deyib:

“Ukraynadakı Donbass problemi ilə Azərbaycandakı Dağlıq Qarabaq problemi fərqlidir. Belə olan təqdirdə Ukraynanın atacağı addımlar da fərqli olacaq. Hərbi əməliyyatların başlanması Ukraynaya nə verə bilər? Ukrayna birbaşa Rusiya ilə üz-üzə gələcək, bu müharibə onlar üçün heç də asan olmayacaq. Taktik baxımdan Ukrayna Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatlar formatından istifadə edə bilər. Lakin bunun necə nəticələnəcəyini indidən söyləmək çətindir".

Ramil Məmmədli tərəflərin hərbi gücünü də təhlil edib. Onun sözlərinə görə, hazırda Rusiya ordusu daha güclüdür:

"Ukrayna ordusunda 2014-cü ildən başlayaraq bir sıra islahatlar aparılıb, yeni silahlar alınıb. Lakin hazırda NATO və Qərbə inanaraq hərbi əməliyyatlara başlamaq doğru qərar deyil. Bunu 2008-ci ildə Gürcüstan təcrübəsində gördük. Gürcüstan da ABŞ və NATO-ya inanaraq Abxaziya və Osetiya problemini həll etməyə çalışdı, amma ağır nəticələri oldu. Ukrayna yalnız öz imkanlarına inanmalıdır. Müharibənin ən kritik məqamında Qərb ilə Rusiya arasında razılaşma Ukraynanı çox çətin vəziyyətə sala bilər”.

Aysel Hacıyeva / Redaktor.az

22222
Vumart və Güvən reklamı Vumart Güvən