İlham Əliyev və Putin arasında TELEFON DANIŞIĞI

 19:58 08.04.2021     267

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Redaktor.az-ın məlumatına görə, telefon danışığı zamanı Dağlıq Qarabağ ətrafındakı vəziyyətin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarına uyğun olaraq bundan sonrakı stabilləşməsinə dair müzakirəsi davam etdirilib.

Regionda sülhün, təhlükəsizliyin və ardıcıl sosial-iqtisadi inkişafın təmin olunması məsələlərinə, eləcə də nəqliyyat kommunikasiyalarının bərpa olunması işinin gedişatına ətraflı baxılıb.

Bununla yanaşı, aprelin 7-də Moskvada baş tutan ali səviyyədə Rusiya-Ermənistan danışıqlarının yekunları nəzərə alınıb.

Müxtəlif formatlarda təmasların aktivləşdirilməsi razılaşdırılıb. //APA