BMT Baş Assambleyasının Prezidenti Azərbaycana gəlib - FOTO

BMT Baş Assambleyasının Prezidenti, 75-ci sessiyanın sədri Volkan Bozkır Azərbaycana səfərə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə V.Bozkır tvitter hesabında bildirib.
O qeyd edib ki, səfər müddətində Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla da görüşəcək. //APA
