Millət vəkilindən sərt sözlər: "RÜŞVƏTLƏ TORPAQ PAYLANILIB" / VİDEO

 12:15 14.04.2021     495

“Qanunsuz tikililər məsələsi qısa zamanda həll edilməlidir”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Fazil Mustafa deyib. Deputat bildirib ki, qanunsuz tikililər həm insanların yaşayışı üçün ciddi çətinliklər yaradır, həm də paytaxtın mənzərəsini kobud şəkildə pozur:

“Biz bunu mütləq dəyişməliyik. Bir neçə il öncə məmurlar özbaşınalıq nəticəsində pul alıb, torpaqları kimə gəldi satıblar, rüşvət alaraq torpaq paylanılıb. Azərbaycan əhalisinin 10%-i qanunsuz evlərdə yaşayan durumdadır”.

Aysel Hacıyeva / Redaktor.az