Sahibə Qafarova qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) sədri Talant Mamıtovla görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Redaktor.az-a verilən məlumata görə, parlamentin sədri bildirib ki, bu qəbildən olan görüşlər iki ölkə arasında münasibətlərin inkişafına müsbət töfhə verir.
O, qeyd edib ki, münasibətlərin möhkəmlənməsində dövlət başçılarının görüşləri və qarşılıqlı səfərləri xüsusi rol oynayır. İki ölkə arasında imzalanmış sənədlər münasibətlərin hüquqi bazasını təşkil edir.

