Rusiyadan ABŞ-a sərt reaksiya: - "Cavab qaçılmaz olacaq"

"ABŞ-ın tətbiq etdiyi sanksiyalara, həmçinin rəsmi Vaşinqtonun təcavüzkar davranışına cavab qaçılmaz olacaq".
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı bildirib. M.Zaxarova vurğulayıb ki, qarşı tərəf Rusiya-ABŞ münasibətlərinin tənəzzülə uğramasına görə cavab verəcəyini başa düşməlidir.
Qeyd edək ki, ABŞ prezidenti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı fərman imzalayıb. Bununla bağlı ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Aysel Hacıyeva / Redaktor.az