Türkiyənin yeni səfiri Bakıya gəlib

 22:58 19.04.2021     70

“Bu gün Bakıda gördüyüm ürəklərdən daşan qardaşlıq ruhudur”.

Redaktor.az bildirir ki, bu sözləri Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahit Bağçı yazıb.

Bu gün Bakıya gələn diplomat ilk təəssüratlarını “Twitter” hesabında bölüşüb.

Qeyd edək ki, yeni səfir bu vəzifədə diplomatik missiyasını başa vurmuş Erkan Özoralı əvəz edib.

Xatırladaq ki, C.Bağçı daha əvvəl Türkiyə Böyük Millət Məclisinin deputatı olub.