Mixail Mişustin və Əli Əsədov arasında TELEFON DANIŞIĞI

 22:36 20.04.2021     87

Bu gün Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

Redaktor.az-ın məlumatına görə, telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edilib.

Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulanıb.

Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib. //APA