Putindən Dağlıq Qarabağla bağlı AÇIQLAMA

"Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında əsas rol oynayıb".
Redaktor.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Federal Məclisə müraciətində deyib.
V. Putin bildirib ki, Rusiya beynəlxalq məsələlərdə BMT-nin vacib rolunu hər zaman dəstəkləyib.
"Biz BMT-nin münaqişələrin həllinin tapılmasında rolunu hər zaman dəstəkləmişik. Suriya və Liviyada gərginliyin aradan qaldırılmasına, dialoqun başlamasına töhfə vermişik. Rusiya Dağlıq Qarabağda silahlı münaqişənin dayandırılmasında da əsas rol oynayıb", - deyə Rusiya dövlət başçısı bildirib. //APA