Hüseynbala Mirələmov YAP-dan qovula bilər - Millət vəkili pensiyası isə... / AÇIQLAMA

 12:10 22.04.2021     897

"Sabiq deputat Hüseynbala Mirələmov partiyanın ictimai nüfuzuna xələl gətirən qeyri-etik hərəkətlər etdiyinə görə Yeni Azərbaycan Partiyasından (YAP) qovula bilər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında tanınmış hüquqşünas Roman Qaraşov bildirib. O qeyd edib ki, Hüseynbala Mirələmov ADNSU-nun Qaz Neft Mühəndisliyi fakültəsinin kafedra müdiri vəzifəsindən artıq azad edilib:

"O, YAP-da Veteranlar Şurasının üzvüdür, partiyanın aktiv simalarından biridir. Demək olar ki, partiyanın ictimai nüfuzuna xələl gətirən qeyri-etik hərəkətlər edib. YAP-da da tutduğu vəzifəsindən azad oluna bilər. İnsanlara örnək olan davranış sərgiləməli olduğu təqdirdə, bu yaşında xoş olmayan hərəkətlər edir.

Sözügedən görüntülərin sosial şəbəkələrdə, mediada yayımlanmasının tərəfdarı deyiləm, çünki görüntülərdəki xanıma qarşı da cəmiyyətdə pis münasibət var. Deputatın etdiyi hərəkəti görən insanlar ona psixoloji travma yetirə bilərlər. Bu baxımdan qadının üzü gizli görünməli idi".

Vəkil əlavə edib ki, Hüseynbala Mirələmovun millət vəkili pensiyasından məhrum edilə bilməz. Bunun heç bir hüquqi əsası yoxdur. 

Aysel Hacıyeva / Redaktor.az