Ermənistan sərhəddə təxribat törədib - DÜŞMƏN NİYƏ VURULMAYIB?

 10:39 26.04.2021     425

“Belə təxribatların olması gözlənilən idi, çünki Ermənistandakı siyasi vəziyyət heç də Rusiyanın ürəyincə deyil. Qarşıdan gələn seçkilərdə Nikol Paşinyanın qalib gəlmək şansı yüksəkdir. Bununla əlaqədar Ermənistan Azərbaycana qarşı müəyyən təxribatlar törədir, bizim daha ciddi cavab verəcəyimizi düşünürlər".

Bu fikirləri Redaktor.az-a açıqlamasında düşmənin sərhəddə törətdiyi son təxirbatları şərh edən hərbi ekspert Fəhmin Hacıyev bildirib. O qeyd edib ki, 1988-ci ildən bu günə qədər Rusiya regionda öz mövqeyini qorumaq üçün hər zaman milli münaqişələrdən istifadə edib, həmçinin bu münaqişələrin yaradıcısı və memarıdır. Həmin münaqişləri istədiyi vaxt qızışdıra bilir:

Azərbaycan sərhədçiləri Rusiya və ya Ermənistana qarşı eyni hərəkətləri etmiş olsaydı, qarşı tərəf hansı mövqe sərgiləyəcəkdi?! Bunu təsəvvür etmək heç də çətin deyil. Rusiya faktiki olaraq bu ərazilərdə özünün hakim olduğunu bir daha təsdiq etməyə çalışır, yaratdığı münaqişə ocaqlarını idarə edir.

Düşmən tərəfin təxribatlarına rəğmən Azərbaycan sərhədçilərinin özlərini təmkinli aparmaları təqdirə layiqdir. Görünür ki, Azərbaycanda da düşmənin təxribatlar törədəcəyi barədə məlumatlar var. Ermənistanın təxribatına ciddi cavab vermiş olsaydıq, hadisələrin inkişafı başqa səmtə yönələ bilərdir. Bu baxımdan Azərbaycanın təmkinli davranmasını düzgün hesab edirəm".

Aysel Hacıyeva / Redaktor.az