Paşinyan Putinə zəng edib

 16:10 24.04.2021     371

Ermənistan tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Redaktor.az-ın məlumata görə, onlar arasında Qarabağ ətrafında vəziyyətin müzakirəsi davam etdirilib.

Enerji sektoru da daxil olmaqla ikitərəfli əməkdaşlığın aktual mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Paşinyan iyunda keçirilməsi planlaşdırılan erkən parlament seçkiləri ilə əlaqədar Ermənistanda daxili siyasi vəziyyətin inkişafı barədə Putini məlumatlandırıb. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən