"Tariximiz barədə heç kimdən dərs alan deyilik" - Çavuşoğlu

 21:05 24.04.2021     135

"Sözcüklər tarixi dəyişdirə və ya yenidən yaza bilməz".

Redaktor.az-ın məlumatına görə, bunu özünün "Twitter" səhifəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yazıb.

M.Çavuşoğlu bildirib: "Tariximiz barədə heç kimdən dərs alan deyilik. Yeganə dayağı populizm olan bu açıqlamanı tamamilə rədd edirik".

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Cozef Bayden Osmanlı imperiyasında 1915-ci il hadisələri ilə bağlı bəyanatında “soyqırım” sözünü işlədib.

Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.

Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə tarixində ermənilərə qarşı heç bir soyqırım olmayıb. 1915-ci il hadisələrinin araşdırılmasına ehtiyac var.

Türkiyə Ermənistanı 1915-ci il arxivlərini açmağa və hadisələri araşdırmaq üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan Türkiyənin bu təklifinə hələ də cavab verməyib. //Trend.az