Elçin Quliyev: Haropların vurma qabiliyyəti 97 faizdir

 15:17 27.04.2021     143

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev aprelin 26-da Cəbrayıl rayonunda DSX-nın hərbi hissəsinin açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevə pilotsuz uçuş aparatları barədə məlumat verib.

Redaktor.az sözügedən dialoqu təqdim edir:

Elçin Quliyev: Möhtərəm cənab Prezident, müharibə vaxtı haropların tətbiqi ilə əlaqədar çəkilişlər aparılıb. Sağ tərəfdə hazırda həmin çəkilişlər göstərilir, TOR sistemi.

Prezident İlham Əliyev: Bəli, yadımdadır, qarajın içində idi.

Elçin Quliyev: Elədir ki, var, cənab Prezident. Burada onların bir çox raket kompleksləri, S-300 sistemləri, SKAD raket kompleksləri. Onlar Horadiz kəndi istiqamətində əks-hücum həmləsi etmək niyyətində olduqda isə, haroplar tərəfindən 2 saat ərzində onların 14 tankı məhv edilmişdir. Bu çəkilişlərdə o tankların məhv edilməsi əks olunub. Təqribən 10-12 tankı da düşmən qoyub qaçıb.

Prezident İlham Əliyev: Onların özləri də bunu etiraf edirlər.

Elçin Quliyev: Elədir ki, var, cənab Prezident. Bu, S-300-ün vurulması anı idi. Haropların vurma qabiliyyəti 97 faizdir, cənab Prezident. Bu, ən yüksək göstəricidir.

Prezident İlham Əliyev: Bu, dağın başında idi.

Elçin Quliyev: Şükrataz dağının, cənab Prezident, Hazırda ən yüksək nöqtədə Azərbaycan sərhədçiləri yerləşiblər.