Azərbaycan və Türkiyə orduları Zəngəzura daxil olur? - AÇIQLAMA

 10:21 29.04.2021     1882

Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın "Harpak" qəzeti maraqlı məqalə dərc edib.

Məqalədə Sünikinin (Zəngəzur) ikitərəfli dəmir yolu və magistral yolların inşası üçün nəhəng tikinti sahəsinə çevriləcəyi yer alıb:

"Azərbaycan və Türkiyə qoşunlarının inşaat işlərində iştirak edən minlərlə işçinin təhlükəsizliyini təmin etmək üçün Zəngəzur dəhlizində müvəqqəti yerləşdiriləcəyi barədə məlumatlar var", - deyə qəzet yazıb.

Siyasi ekspert Asif Nərimanlı Redaktor.az-a açıqlamasında bildirib ki, Ermənistanın “Hraparak” qazetinin yazdığı məlumatlar Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş media hücumudur:

“Müxalifətçilər son zamanlar Zəngəzur məsələsindən daxili siyasətdə geniş istifadə edirlər. "Harpak"da yayımlanan məqalə də buna hesablanıb. 

Azərbaycan və Türkiyə əsgərlərinin ərazsiyə daxil olacağı ilə bağlı iddialar inandırıcı deyil. Hesab edirəm ki, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya ordusu qoruyacaq. 

İndiki məqamda Zəngəzur məsələsinin gündəmdə olması Azərbaycanın marağındadır. Bununla Ermənilərin diqqəti Qarabağdan yayınacaq”.

Ekspert bildirib ki, Zəngəzurdan Naxçıvan və Azərbaycanı birləşdirəcək iki dəhlizdən söhbət gedir. Bununla bağlı artıq razılaşmalar var:

“Zəngəzur bölgəsi iki dəhlizin arasında qalacaq. Bu, azərbaycanlıların tarixi bölgəyə qayıtmasında ilk addımı ola bilər."

Aysel Hacıyeva / Redaktor.az