Polşa konstitusiyasının 230 illiyi Azərbaycanda qeyd olunub - FOTO

 21:14 29.04.2021     289

Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Polşa konstitusiyasının 230 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.

Redaktor.az-ın məlumatına görə, Polşa səfirliyinin təşkil etdiyi tədbirdə çıxış edən Qabrielius Landsberqis bildirib ki, 1791-ci ildə qəbul olunan Polşa-Litva İttifaq Dövlətinin konstitusiyası Avropada birinci yazılı konstitusiyadır.

"Konstitusiyanın 230 illiyini Bakıda, Azərbaycanda qeyd etdiyim üçün şadam. Bu konstitusiyanın ideyaları və ruhu bu gün də bizi ilhamlandırmağa davam edir", - Litva XİN başçısı vurğulayıb. 

2