Millət vəkili: "Payızda ilk uçuşlar həyata keçiriləcək" - FÜZULİ HAVA LİMANI / FOTO

 10:50 03.05.2021     624

Millət vəkili Vüqar Bayramov Füzuli hava limanında aparılan inşaat işləri ilə tanış olmaq üçün işğaldan azad olunan Füzuli şəhərində səfərdə olub.

Redaktor.az xəbər verir ki, iqtisadçı ekspert hava limanının tikintisinin intensiv şəkildə davam etdirildiyini bildirib:

“Füzuli hava limanının əsas infrastrukturunun bu il sentyabrın 5-dək hazır olması gözlənilir. Bu ilin payızında hava limanı ilk uçuşları həyata keçirə biləcək".

Füzuli Hava limanın əhəmiyyəti barədə söz açan V.Bayramov bunları qeyd edib:

“Füzuli hava limanı işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq. Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur. Burada hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, praktik olaraq birbaşa işğaldan azad olunan ərazilərimizə səfər edə bilsinlər”.

Aysel Hacıyeva / Redaktor.az

222