Hulusi Akar: Azərbaycanın yanında olmağa davam edəcəyik

 11:18 04.05.2021     718

“Azərbaycan Qarabağı azad edərək orada sülh və əmin-amanlığı təmin etdi”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar liviyadakı türkiyəli hərbçilərlə görüşündə deyib.

Türkiyəli nazir bildirib ki, hər zaman Azərbaycanın haqlı mübarizələrində yanlarında olduq:

“Bundan sonra da sonuna qədər yanlarında olmağa davam edəcəyik”.

H.Akarın sözlərinə görə, Türkiyə qonşu ölkələrlə dialoq tərəfdarıdır:

“Qonşu ölkələrlə olan mövzularda üçüncü tərəflərin obyektiv, məntiqli və düşüncəli yanaşmalarını gözləyirəm. Buradan onlara səslənirəm ki, heç bir halda Türkiyə ilə Yunanıstan arasındakı problemlərin Avropa İttifaqı və ABŞ-la problem halına çevirməsinlər. Nəticə olaraq haqqımızı tapdalatmayacağıq”. //Report