İcra başçısına yeni müavin təyin olunub

 22:23 04.05.2021     433

Neftçala Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Redaktor.az xəbər verir ki, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun müvafiq əmri ilə 1985-ci il təvəllüdlü Məmmədov Şaiq Seyfəddin oğlu birinci müavin vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Ş.Məmmədov bundan əvvəl 61 saylı Neftçala seçki dairəsində Dairə Seçki Komissiyasının sədri vəzifəsində işləyib. //Report