Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO

 11:35 11.05.2021     1197

Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook”da paylaşım edib.

S. Lavrov Bakıda 1941-45 Böyük Vətən Müharibəsi memorial abidəsini də ziyarət edib.