Həmin gün Putin Bakıya niyə zəng etmişdi? - Bilmədiyiniz GİZLİ MƏQAMLAR...

 13:37 11.05.2021     1232

“Rusiya prezidenti Vladimir Putinin xarici işlər naziri Sergey Lavrov İrəvanda olarkən Ərdoğana, Bakıya gəldiyi gün isə İlham Əliyevə zəng etməsi rusların yeni istəklərinin olduğu ehtimalını önə çıxarır.

Co Baydenin “soyqırımı” ifadəsi ilə Ermənistana “qapıları açması”, ardınca dövlət katibi Entoni Blinkenin prezident İlham Əliyevə zəngi ABŞ-ın regiona qayıtmaq istəyindən xəbər verir və Moskvanı narahat edən əsas amildir. S.Lavrovun regiona səfərinə bu kontekstdə baxa bilərik”.

Redaktor.az xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı bildirib. O qeyd edib ki, Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarına sadiqliyi istəyirsə, bunun üçün ilk növbədə Bakının erməni qoşunların çıxarılması tələbini nəzərə almalı olacağını anlayır:

"Moskvanı narahat edən 10 noyabr razılaşmasının 4-cü bəndinin yerinə yetirilməsindən sonra Qarabağdakı əsas kartlarından birini itirməsidir.

- Rusiya erməni qoşunların çıxarılmasından sonra Qarabağdakı maraqlarının təhlükə altına düşməyəcəyinin zəmanətini almaq istəyir, xüsusilə Bakı və Ankaranın rus sülhməramlılarının 5 ildən tez bölgədən çıxması istəkləri fonunda;

- Xankəndidəki separatçıların taleyinin necə olacağını müəyyənləşdirmək istəyir;

V.Putinin XİN rəhbəri İrəvanda olarkən Ərdoğana, Bakıya gələrkən Əliyevə zənginin səbəbi də budur. Moskva Qarabağda separatçıları, onlar üzərindən öz maraqlarını qorumaq üçün yeni təkliflər irəli sürür. Bu kontekstdə İlham Əliyevin S.Lavrovun gəldiyi gün, “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” bəyanatı Bakının mövqeyini dəyişməyəcəyinin ifadəsidir".

Aysel Hacıyeva / Redaktor.az