Xankəndidən yeni xəbər: Ermənilər şəhəri tərk edir - NƏ BAŞ VERİR?

 12:16 12.05.2021     913

Ermənistan mediası Xankəndidəki ermənilərin yaşadığı çətinliklərindən yazıb. 

Redaktor.az xəbər verir ki, 44 günlük Vətən müharibəsindən sonra ermənilərin problemləri ilk dəfə bu qədər açıq şəkildə işıqlandırılıb.

“Dostumla “Şuşa rəhbərliyi"nin yerləşdiyi binanın yanından keçirdik, növbənin olduğunu gördük. Nəsə verdiklərini düşünüb, dayandıq. Gördüm ki, İrəvandan bir sponsor gəlib, çörək və cüzi yemək paylayır. Amma növbədə yalnız “Şuşa rəhbərliyi"nin işçiləri dayanmışdı. Bizə növbədə dayanmağa icazə vermədilər”, - deyə Xankəndi sakinlərindən biri deyib. 

Başqa bir erməni qadın isə evsizlikdən şikayət edib:

“Bizə "rəhbərlik” kirayə üçün 50 min dram verir, ev sahibləri isə qiymətləri qaldırırlar. Heç nə inşa olunmur, sadəcə kəndlərdə uçmuş evləri bərpa edir, şəhərdəki evləri isə müharibədə ölən insanların yaxınlarına verirlər. Odun yoxdur, soyuq sudan istifadə edirik. Yemək tapmaqda çətinlik çəkirik, tapdığımız ərzaq da kifayət etmir. İnsanlar zirzəmilərdə yaşayır. İllərdir bizi soyurdular, indi də “qaçqınların” hesabına varlanırlar".

Xankəndidə olan erməni siyasi fəal Artur Ospiyan separatçı rejimin rəhbərliyinin pul qazandığını bildirib: 

“Müharibədən sonra "qaçqınlar” qocalar evləri və otellərə yerləşdirilib. Otel sahiblərinə kirayə haqqı “büdcədən” ödənilir. Halbuki, bu otellərin sahibləri “rəhbərliyin” özüdür. Yəni ödədikləri pullar da başqa yolnan yenidən ciblərinə qayıdır. Misal üçün, “qaçqınlar” əsasən Araik Arutyunyanın “Yerevan”, keçmiş “maliyyə naziri” Spartak Tevosyanın “Kaştan” otelində yerləşdirilib”.

Qarabağdakı erməni əhalinin vəziyyəti pisləşdikcə, iki seçimləri qalır: ya bölgəni tərk etmək, ya da normal həyat üçün Azərbaycanın idarəçiliyi altında yaşamaq

Aysel Hacıyeva / Redaktor.az