SON DƏQİQƏ: Rusiya Müdafiə Nazirliyi az öncə açıqladı - QARABAĞDA...

 10:21 15.05.2021     1884

Rusiya sülhməramlıkontingenti Azərbaycan və Ermənistan tərəflərinin demarkasiya xəttində atəşkəs rejiminə riayət olunmasını və nəqliyyatın təhlükəsizliyini, Laçın dəhlizi boyunca ərzaq və müxtəlif malların daşınmasını təmin etməyə davam edir.

Redaktor.az-ın məlumatına görə,bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Keçən həftə ərzində sülhməramlı kontingentin məsuliyyət daşıdığı zonada atəşkəs pozuntusu qeydə alınmayıb, Rusiya hərbçilərinə qarşı təxribat xarakterli hərəkətlər edilməyib", - deyə Rusiya Müdafiə Nazirliyi bildirib.

Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqələrinin heyətimüntəzəm olaraq döyüş hazırlığı fəaliyyətləri,pozuntularınvə müşahidə məntəqələrinə mümkün hücumların qarşısını almaq üçün təlimlər keçirir. //APA