İsrail səfiri Azərbaycana təşəkkür edib

 23:16 23.05.2021     680

İrailin Azərbaycandakı səfiri Corc Dik "Avroviziya 2021" mahnı müsabiqəsində ölkəmizin İsrail təmsilçilərinə verdiyi 12 xala görə “Twitter” hesabında təşəkkürünü bildirib.

Redaktor.az bildirir ki, səfir qeyd edib:

"Təşəkkürlər, Azərbaycan!

Dünən keçirilən "Avroviziya 2021" də Azərbaycan xalqı İsrail ilə dostluq münasibətlərini nümayiş etdirdi və ona 12 xal verdi. Bu, istənilən digər ölkənin bizə verdiyindən daha çox idi. Biz həqiqətən təsirləndik.
Çox sağ ol!" //APA