Beyləqanda millət vəkili seçicilər tərəfindən qovulub? - VİDEO

“Deputat Şahin İsmayılovun Beyləqanın Kəbirli kəndindən seçicilər tərəfindən qovulmasından söhbət gedə bilməz”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Ş.İsmayılovun ofisindən bildiriblər.
Qeyd edilib ki, baş verən hadisə təxribat xarakterli olub. Buna baxmayaraq, planlaşdırılan tədbir baş tutub.
Buna qədər 81 saylı Beyləqan Seçki Dairəsindən Milli Məclisə deputat seçilən Şahin İsmayılovla seçiciləri arasında insident yaşanıb. Kadrlar sosial şəbəkələrdə yayımlanıb.
Məlumatlara əsasən, hadisə Beyləqanın Kəbirli kəndində baş verib. Seçicilər deputata iradlar bildirir və onlarla görüşməməkdə təqsirləndirirlər.
Bəzi mətbuat orqanları isə yazır ki, Ş.İsmayılov həmin kənddən qovulub. //Oxu.az