Azərbaycan-Ermənistan sərhədində nə baş verir? - VİDEO

 13:11 24.05.2021     570

Mayın 12-dən Azərbaycan Ordusu Qaragöl istiqamətində dövlət sərhədlərinin dəqiqləşdirilməsi işlərini həyata keçirir.

Redaktor.az xəbər verir ki, Ermənistan tərəfi isə yenə də hay-küy salmağa başlayıb. Sərhəddə baş verən hadisələr rəsmi Bakıya qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Ermənistanın ərazi bütövliyinə təhlükə yarandığını bəyan edilir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələdə emosiyaları qızışdırmaq üçün bir səbəb görmədiyini deyib. O, həmçinin Azərbaycanla Ermənistan arasında birgə komissiyanın yaradılmasını təklif edib.

Daha ətraflı videoda izləyin: