İsveç Kralı İlham Əliyevi təbrik edib

 14:38 24.05.2021     128

İsveçin Kralı XVI Karl Qustav Azərbaycan Prezidenti İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Redaktor.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.