Sergey Lavrovdan Qarabağla bağlı açıqlama

 15:10 24.05.2021     371

Bu gün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlar ümumilikdə uğurla həyata keçirilir.

Redaktor.az-ın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

"Bu, xüsusən də münaqişənin humanitar və sosial-iqtisadi nəticələrinin aradan qaldırılması, Cənubi Qafqazdakı nəqliyyat və iqtisadi əlaqələrin blokdan çıxarılmasına aiddir”, - deyə Rusiya XİN başçısı qeyd edib. //APA