Şuşa ilə bağlı qanun layihəsi müzakirə ediləcək - MİLLİ MƏCLİS

Bu gün Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclası keçirilib.
Redaktor.az-ın xəbərinə görə, iclasda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi müzakirə edilib.
Müzakirələrdən sonra yeni qanun layihəsi birinci oxunuşda Milli Məclisin sabah - mayın 25-də keçiriləcək plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, sənəd üç oxunuşda müzakirəyə çıxarılacaq. //Report