Ermənistanla üçüncü müharibə: DÜŞMƏN TƏXRİBATLAR TÖRƏDİR

 10:36 26.05.2021     631

Ermənistan KTMT-yə 4-cü maddə (dövlətə hücum) üzrə müraciət etməyə hazırlaşır.

Redaktor.az xəbər verir ki, təhlükəsizlik şurasınını katibi Armen Qriqoryan erməni hərbçisinin “ölümü”ndən danışarkən deyib ki, “böhrandan çıxış yolları цбцт diplomatik metodlar tükənir, KTMT-yə 4-cü maddə üzrə müraciət etməkdən başqa çıxış yolu qalmır”. 

Siyasi ekspert Asif Nərimanlı Redaktor.az-a bildirib ki, KTMT-yə 2-ci maddə (dövlətə hücum təhdidi) ilə müraciət edən Ermənistanın prosesi 4-cü maddəyə uyğunlaşdırmaq üçün təxribatlar törədəcəyi gözlənilən idi: Хеэт gün baş verən təxribatın məqsədi də 4-cü maddə üzrə müraciətin gündəmə gətirilməsi idi:

"KTMT nizamnaməsinin 4-cü maddəsinə görə, üzvlər müraciət edən ölkəyə birmənalı şəkildə dəstək verməlidir.

İrəvan Bakını təkləmək, KTMT-ni, dolayısı ilə Rusiyanı prosesə müdaxiləyə məcbur etmək, yeni imzalanacaq müqaviləni öz maraqlarına uyğunlaşdırmaq, Moskva və Ankaranı üz-üzə qoymaq, bütün bunlar baş tutmasa, seçkiöncəsi və sonrası hərbi ittifaqın - rusların dəstək verməməsindən siyasi otiyentasiyasını dəyişdirməkdə istifadə etmək istəyir".

Aysel Hacıyeva / Redaktor.az