Əli Əsədov gürcüstanlı həmkarını təbrik edib

 13:32 26.05.2021     498

Baş nazir Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən Redaktor.az-a verilən məlumata görə, məktubda Azərbaycan ilə Gürcüstan arasındakı dərin tarixi köklərə əsaslanan çoxşaxəli əlaqələrin, strateji tərəfdaşlığın məmnunluq doğurduğu vurğulanıb.

Azərbaycan-Gürcüstan münasibətlərinin bundan sonra da öz dinamik inkişafını müvəffəqiyyətlə davam etdirəcəyinə əminlik ifadə olunub.