SON DƏQİQƏ: Azərbaycan Ordusu cavab tədbirləri görə bilər - AÇIQLAMA

 14:47 26.05.2021     814

“Düşmən razılaşmanın şərtlərini, atəşkəsi pozub. Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar. Bu, sərhəd münaqişəsi deyil, hazırda Azərbaycanın azad etdiyi əbədi torpaqlarına qarşı yeni işğal faktıdır".

Bu sözləri hərbi ekspert Abuzər Əbilov Redaktor.az-a açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan Ordusu cavab olaraq Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutma, bu mövqeləri dağıltmaq və gələcəkdə bu kimi insidentlərin qarşısını almaq üçün lokal əməliyyatlar keçirmək haqqını özündə saxlayır:

“Qeyd edim ki, ərazidə olan Rusiya sülhməramlıları erməni təxribatçılarının qarşısında acizdir. Sülhməramlılar artıq öz statuslarına uyğun hərəkət etməlidirlər. Ərazidə olan tanınmamış separatçı rejimin silahlıları  tam tərkisilah olunmalı, buaradan çıxarılmaları üçün tədbirlər görülməlidir. Əks halda Azərbaycan sülhməramlılardan bunu kəskin formada tələb edəcək”.

Aysel Hacıyeva / Redaktor.az