Azərbaycan və Avstriya XİN başçıları görüşüb

 18:53 26.05.2021     383

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanaya səfəri çərçivəsində avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə nazir Ceyhun Bayramov “Twitter”də bildirib.

Nazirin sözlərinə görə, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi, COVID-19 pandemiyasına dair geniş miqyaslı suallar müzakirə olunub.

“Münaqişədən sonrakı vəziyyət, azad edilən ərazilərdə davam edən reabilitasiya və yenidənqurma layihələri ilə bağlı Avstriya xarici işlər naziri Şallenberqə məlumat verdim”, - deyə Azərbaycan XİN başçısı qeyd edib.