Belçika Kralı İlham Əliyevi təbrik edib

Belçika Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Redaktor.az-ın xəbərinə görə, təbrik məktubunda deyilir:
“Hörmətli cənab Prezident.
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Zati-alinizə və xalqınıza rifah, firavanlıq arzulayır, tezliklə pandemiyanın sona çatacağını görəcəyimizi ümid edirəm”.