Macarıstan prezidenti İlham Əliyevi təbrik edib

 15:31 27.05.2021     86

Macarıstanın Prezidenti Yanoş Ader Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Redaktor.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır, bu səbəbdən ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin dinamik inkişafından məmnunam. Əminəm ki, qarşıdakı illər ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmləndirilməsi üçün yeni perspektivlər açacaq.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və ali vəzifənizdə yeni uğurlar diləyirəm”.