Tunis Prezidenti İlham Əliyevi təbrik edib

 16:20 31.05.2021     86

Tunis Respublikasının Prezidenti Kays Sayid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə Tunis xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək qardaş xalqlarımızın maraqları naminə ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək üçün Sizinlə birgə işləməyə sadiq olduğumuzu bir daha təsdiq edirəm".