Baş prokurorlarının Gəncəyə səfəri başlayıb - FOTO

 10:40 02.06.2021     54

Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Baş prokuroru Kamran Əliyevlə birlikdə Gəncə şəhərinə səfəri başlayıb.

Redaktor.az Qərb Mərkəzinin məlumatına görə, hər iki Baş prokuror ilk olaraq Gəncənin girişində yerləşən Nizami məqbərəsini ziyarət edirlər.

Bəkir Şahin və Kamran Əliyev Nizami məqbərəsini ziyarət etdikdən sonra şəhərin mərkəzi meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyacaqlar.

Daha sonra Baş prokurorlar Vətən müharibəsi zamanı Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərini raket atəşinə tutduğu əraziyə gedəcəklər. //Report

22222222