Küveytin Vəliəhdi İlham Əliyevi təbrik edib

 14:29 02.06.2021     273

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah Prezident İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib.

Redaktor.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur, Sizə uzun ömür, xoşbəxtlik və uğurlar, Azərbaycana və dost xalqınıza davamlı inkişaf və rifah arzulayıram”.