Ərdoğan YAP-ın nümayəndə heyətini qəbul edəcək

 11:38 03.06.2021     235

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün YAP-ın nümayəndə heyətini qəbul edəcək.

Redaktor.az bildirir ki, bu barədə Türkiyə Cumhuriyyətinin rəsmi saytında məlumat verilib.

Görüş Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında keçiriləcək.

Xatırladaq ki, dünən Türkiyədə hakim AKP-nin sədr müavini Numan Kurtulmuş və YAP-ın sədr müavini Tahir Budaqov arasında əməkdaşlıq protokolu imzalanıb. //Oxu.az