Fransa Azərbaycandan nə umur? - MAKRONUN MƏKTUBU

“Fransa prezidenti Emmanüel Makronun məktubunda diqqət çəkən məqamlar çoxdur. Məktubun göndərilməsinin səbəbi Fransanın bölgəyə qayıtmaq istəyidir. Dağlıq Qarabağ müharibəsində Minsk Qrupunun həmsədri kimi prosesdən kənarda qalmışdı. Bu səbəbdən Fransa Azərbaycanla münasibətləri yenidən düzəltmək istəyir”.
Bu sözləri siyasi ekspert Asif Nərimanlı E.Makronun azərbaycanlı həmkarı İlham Əliyevə göndərdiyi məktubu Redaktor.az-a şərh edərək deyib. O bildirib ki, məktubun Ermənistan Baş naziri Nikol Paşinyanın Parisə səfərindən sonra göndərilməsi heç də təsadüfi deyil:
“Burada iki variant var:
- Fransa Paşinyanı qəbul edib, onun mövqeyini öyrənib, daha sonra Azərbaycan ilə danışıqlara başlayıb.
- Paşinyanın Fransa prezidenti Makrondan hərbi əsirlərin qaytarılması və sərhəd məsələsində xahişi var.
Makron bu istəyi Azərbaycan prezidentinə çatdırmaq üçün belə bir məktub yazıb, Respublika Gününü də səbəb olaraq istifadə edib.
Məktub iki hissədən ibarətdir.
Birinci hissə: Azərbaycan və Fransa münasibətləri.
İkinci hissə: Bölgədəki vəziyyət.
Məktubda qeyd edilib ki, 10 noyabr razılaşmasından sonra bölgədə davamlı sülhün təmin edilməsinə ehtiyac var.
O, məktubda qeyd edib ki, Fransanın himayəsi altında, Minsk Qrupunun həmsədri kimi Ermənistan və Azərbaycan arasında dialoqunun qurulmasına çalışacaq. Fransanın bölgəyə qayıtmağqda məqsəd hansısa formada pay almaqdır".
Aysel Hacıyeva / Redaktor.az