Kot-d’İvuar prezidenti İlham Əliyevi təbrik edib

 14:59 03.06.2021     77

Kot-d’İvuar Respublikasının Prezidenti Alassane Uattara Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Kot-d’İvuar hökuməti, xalqı adından və şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə sülh, həmrəylik və rifah arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək xalqlarımızın firavanlığı naminə iki ölkənin uğurla davam etdirdiyi dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində Sizinlə birgə işləmək niyyətində olduğumu bir daha məmnunluqla qeyd edirəm".