Laos prezidenti İlham Əliyevi təbrik edib

 14:49 04.06.2021     83

Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Redaktor.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Ölkənizin müstəqilliyinin 103-cü ildönümü – Respublika Günü münasibətilə bütün Laos xalqı adından və şəxsən öz adımdan Zati-alinizə və bütün Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Əminəm ki, Laos Xalq Demokratik Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətləri və əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək və inkişaf edəcəkdir".